banner
banner

Gündəm

Gömrüklə bağlı YENİLİK: Bu üsullar dəyişəcək

Gömrüklə bağlı YENİLİK:

Gömrük dəyəri istiqamətindəki islahatlar sahibkarların əlavə xərc və vaxt itkisinin qarşısını alacaq.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusundakı konfransda çıxışı zamanı bildirib.

"İslahat prosesi davam edir, gömrük dəyərinin müəyyən edilməsinin üsullarının tətbiqinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Hazırda "Beynəlxalq ticarət" işçi qrupu çərçivəsində bu istiqamətdə işlər görülür.

İslahatdan bizim əsas gözləntimiz bir tərəfdən gömrük dəyərinin düzgün olmasını, digər tərəfdən isə dəyərinin qısa müddətdə və vaxtında müəyyən edilməsini təmin etməkdir. Bu baxımdan dəyişikliklər gömrük dəyəri ilə bağlı mübahisəli hal yarandıqda sahibkarlar üçün əlavə xərc və vaxt itkisinin qarşısının alınmasına, müvafiq dövlət orqanlarının resurslarının səmərəli istifadəsi məmur-sahibkar təmasının minimuma endirilməsinə düzdün gömrük dəyərinin müəyyən edilməsinə və mütərəqqi təcrübənin təkmilləşdirilməsinə şərait yaradacaq",- deyə E.Əliyev bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.