banner
banner

Gündəm

SAHİL BABAYEVİN RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLƏN ƏMİSİOĞLU AZADLIQDA…

SAHİL BABAYEVİN RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLƏN ƏMİSİOĞLU AZADLIQDA…

Külli miqdarda rüşvət almaqda təqsirləndirilərək həbs edilən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov bir aydır azadlığa buraxılıb.

Cia.az xəbər verir ki, ötən il Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri (külli miqdarda təkrar rüşvət almağa görə məsuliyyət) ilə həbs olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödədikləri, yəni oğurladıqları vəsaiti qaytardıqları üçün sərbəst buraxılıblar.

Rüşvət ittihamı ilə həbs edilən və bu günlərdə azadlığa buraxılan Rəşad Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur. R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
Qardaşı Ramiq Babayev isə Baş Prokurorluğun əməkdaşıdır.

Yenicə azadlığa çıxan Şükür Səfərov isə 2014-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.