banner
banner

Qadın

Qadınların sevdiyi kişilər bu bürclərdəndir

Qadınların sevdiyi kişilər bu bürclərdəndir

Qadınların necə tip kişiləri, eləcə də kişilərin necə tip qadınları sevdiyi hər zaman maraq mövzusu olub. Bu gün qadınların necə kişiləri sevdiyindən bəhs edəcəyik. Bu məsələdə köməyimizə astrologiya gəlir. Astrologiyaya görə, qadınlarda müsbət reputasiyaya malik olan kişilər əsasən 5 bürc altında doğulurlar. 

Cia.az qadınların ən çox aşiq olduğu, vurulduğu kişilərin bürclərini təqdim edir: 

ŞİR 

Eqosu və həll yönümlü yanaşması Şir bürcü kişilərini qadınlar üçün cəzbedici edir. Həmişə öz qərarlarına sadiq olmaları və başqaları tərəfindən manipulyasiya edilə bilməmələri qadınları bu bürcün kişilərinə aşiq edir. Sabit xarakterləri də qadınlar məsələsində çox zaman Şirlərin köməyinə çatır. 

TƏRƏZİ

Qadınlar şeirə və sənətə önəm verən, incə zövqləri olan, eşqə aşiq Tərəzi bürcü kişilərinə məftun olurlar. Tərəzi kişiləri hər mövzuda tolerant davranmağı bacardığı üçün əks cinsi cəzb edirlər. Çünki Tərəzi kişiləri qadına sadəcə əks cins kimi yox, həm də gözəllik məhfumunun təcəssümü kimi baxırlar. 

OXATAN 

Daim coşub-çağlayan, öz qəlibinə sığmayan Oxatan bürcü kişiləri qadınları sirli ada kimi özlərinə çəkirlər. Əyləncəli, ünsiyyətcil və hiperaktiv Oxatan kişiləri bu xüsusiyyətləri ilə də qadınları özlərinə aşiq etməyi bacarırlar. Qadınlar bu kişilərlə bir an belə sıxılmırlar. 

QIZ 

Son dərəcə mehriban və xarizmatik olan Qız bürcü kişiləri də qadınların favoritlərindəndir. Qız bürcündən olan kişilər istənilən şəraitdə qadınlar üçün inanılmaz dərəcədə cazibədardırlar. Nizamlı və vasvası olmaları da onları nizamı və təmizliyi sevən hər qadının gözündə ucaldır. 

ƏQRƏB 

Seks aludəsi qadınların bir nömrəli seçimi Əqrəb bürcü kişiləridir. Onlar yataqda çox bacarıqlıdırlar. Əqrəb kişiləri qadınlara necə toxunmaq lazım olduğunu əla bilirlər. Bu bacarıqları onları qadınlar üçün cəzbedici və keçilməz edir. 

 Milli.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.