banner
banner

Gündəm

Keçmiş deputatın da həbs xəbəri yayıldı- şok

Keçmiş deputatın da həbs xəbəri yayıldı-

Bir neçə gündür Azərbaycanda “maliyyə xəyanətlərinə” görə həbs olunan oliqarxlar sırasına daha biri qoşulub. 
Cia.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, həbs olunan iş adamlarından biri də keçmiş millət vəkili, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. Əldə etdiyimiz məlumata görə, bir neçə həftədir ki, Plazada ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib. 

İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, Plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında dünən aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur. 

Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da həmin plazanın 3-cü mərtəbəsində yerləşib. Dünən bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. 

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb. Artıq mətbuat həbs olunanlardan “Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl  işdən qovulan rəhbəri Rəşad Məmmədovun adını açıqlayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.