banner
banner

Gündəm

Prezident seçkilərinin II turunun - Detalları

Prezident seçkilərinin II turunun - Detalları

Xəbər verdiyimiz kimi, mayın 28-i Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Cia.az xəbər verir ki, “TRT Haber”in məlumatına görə, ölkənin Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener sözügedən proseslə bağlı bəzi detalları açıqlayıb.

Onun sözlərinə görə, bülletendə namizədlərin sırasında hər hansı dəyişiklik edilməyəcək. Belə ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın adı birinci, CHP sədri Kamal Kılıçdaroğlunun adı isə ikinci olaraq qeyd ediləcək.

Yener, bununla yanaşı təşviqat prosesinin başladığını da vurğulayıb.

YSK sədri qeyd edib ki, mayın 19-u seçkilərin birinci turunun yekun nəticələri açıqlandıqdan sonra, mayın 20-si ölkə xaricində səsvermə prosesi başlayacaq və mayın 24-ü başa çatacaq.

Səsvermə prosesi yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək.

qafqazinfo.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.