Ötən həftədən Azərbaycanda bəzi iş adamlarının həbsinə başlanılıb. Bu çərçivədə “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov, şirkətin mühasibi Niyaz Orucov, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Oliqarx Nizami Piriyev, "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılanlar əsasən fırıldaqçılıqda, maliyyə xəyanətində, ictimai əmlakı mənimsəməkdə və s. cinayətlərdə ittiham olunurlar.
Saxlanılanlardan Rəşad Məmmədovun MTN təcridxanasına aparıldığı, İbrahim Nehrəmlinin isə “Bandotdel”də olduğu bildirilir. Saxlanılanlardan bəziləri barədə həbs-qətimkan tədbirləri seçilib. Daha əvvəl yerli mətbuat saxlanılan şəxslərdən bəzilərinin sakinlərə qarşı etdiyi özbaşınalıqlar barədə xəbərlər yaymışdı. Onlardan bayraq meydanının keçmiş rəisi Rəşad Məmmədovun rəhbərlik etdiyi şirkətin minlərlə ailəyə aid malı-mülkü taladığı bildirilmişdi.
Dünyamin Xəlilov isə sahibi olduğu plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına banklardan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə bu kreditlərdən xəbərləri yoxdur.
Bundan başqa həmin günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb. Məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir. Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır. Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.
Millət vəkili Fazil Mustafa baş verənlərlə bağlı verdiyi açıqlamada ölkədə oliqarxlara qarşı həbs dalğasının davam edəcəyini bildirib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.