banner
banner

Gündəm

Müsavatdan 55 nəfər getdi

Müsavatdan 55 nəfər getdi

Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü partiya daxilində baş verən anti-demokratik fəaliyyətlə bağlı bəyanat yayıb.
Ümumilikdə 55 nəfərin imzaladığı bəyantda deyilir: "Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.

Partiya rəhbərliyinin nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk."

Bəyanatı imzalayanlardan 15-i adının açıqlanmasını istəməyib. Bəyanatı imzalayan 40 nəfərin siyahısı isə belədir:

Vidadi Hüseynov - Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü
Yaşar Ağabəyov - Şura üzvü
Fəxrəddin Ağayev - üzv
Zahidə Ağabəyova - üzv
Tofiq Süleymanlı - Şura üzvü
Tahir Süleymanov - Şura üzvü
Fərrux Seyidov - Şura üzvü
Yaşar Tağıyev - üzv
Fəxrəddin Rəhimov - üzv
İlqar Məmmədov - üzv
Vüqar Məmmədov - üzv
Sahib Məmmədov - Şura üzvü
Bəkir Qasımov - üzv
Səxavət Hüseynov - üzv
Fikrət Zeynalov - üzv
Məcid Nəcəfov - üzv
Ümid Mirzəyev - Şura üzvü
Zahid Məmmədov - üzv
Ramil Məmmədov - üzv
Qərənfil Şiriyeva - üzv
Zərifə Qulamova - Şura üzvü

Gülüş Həsənova - üzv
Aydın Novruzov - üzv
Elnur Novruzov - üzv
Musa İsmayılov - üzv
Aqil Qazi - üzv
Anar Hacıyev - üzv
Adil Məmmədov - üzv
Mövlud Məmmədov - üzv
Akif Həsənov - üzv

Zülfüqar Həsənov - üzv
Vüqar Qayıbov - üzv
Əkbər Məmmədov - üzv
İlham Cəfərov - üzv
Salam Qasımov - üzv
Qasım Əbdülrəhimov - üzv
Asif Məmmədov - üzv
Mahmud Şıxzadayev - üzv
Hidayət Əliyev - üzv
Fərhad Məmmədov - üzv

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.