banner
banner

Dünya

Bayden Ərdoğan və Zelenski ilə görüşə hazırlaşır

Bayden Ərdoğan və Zelenski ilə görüşə hazırlaşır

Cia.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin bu həftə keçiriləcək NATO sammiti çərçivəsində Türkiyə Prezidenti R.T.Ərdoğan  və Ukrayna Prezidenti V.Zelenski ilə görüşlər keçirəcəyi planlaşdırılır. Bu xəbəri "Politiko" nəşri ilə CNN kanalı amerikalı məmurlara istinadla yayıblar."Politiko"nun yazdığına görə, Baydenlə Ərdoğanın görüşü Türkiyə liderinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsindən sonra planlaşdırılıb.

Nəşr yazır ki, Zelenski ilə çərşənbə günü keçirilməsi nəzərdə tutulan görüşdə Bayden onu bürokratik əngəllərin qaldırılmasının, ABŞ və bir sıra müttəfiqlərinin təhlükəsizlik təminatını verməsinin Kiyevin bu il Vilnüsdəki sammitdən qazanması mümkün olan ən böyük imkan olduğuna inandıracaq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.