banner
banner

Gündəm

Piriyevin oğlu 1 milyard dollar borc alır

Piriyevin oğlu 1 milyard dollar borc alır

Külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunaraq həbs edilən oliqarx Nizami Piriyevin oğlu Londonda 1 milyard dollar borc alır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə rəsmi məlumat az əvvəl reklam şərtləri əsasında press-relizlər yayan “PRNewswire” agentliyində yer alıb.

Nizami Piriyev

Məlumatda təbii ki, Nizami Piriyevin Bakıda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunması haqda heç nə deyilmir.

Ancaq press-relizdə bildirilir ki, “Azərbaycan Metanol Şirkəti” ASC (AzMeCo) - Azərbaycanın neft-kimya sənayesinin aparıcı müəssisələrindən biri Londonda istiqrazların buraxılması yolu ilə 1 milyard dollar cəlb etməyi qərara alıb.

İstiqrazların buraxılması şirkətə hüquqi xidmətlər göstərmək üçün sifariş alan “Hidhgrove Securities LLP” şirkəti məşğul olacaq.

Hüquq şirkəti bildirir ki, qiymətli kağızlar investorlara fərdi qaydada təklif ediləcək, ancaq gələcəkdə London qiymətli kağızlar birjasında hərraca da çıxarıla bilər.

Press-relizdə deyilir ki, “AzMeCo” regionda iri metanol istehsalçısıdır, illik istehsal gücü 700 min kubmetrdir. 2014-cü ildə istifadəyə verilib və hazırda Azərbaycan, Türkiyə və digər ölkələrdəki müştərilərə metanol satır, o cümldən BP-nin törəmə şirkəti olan “BP Chemicals”a metanol verir. Zavod işə düşdükdən bu yana 180 min ton metanol istehsal edib.

“AzMeCo”nun baş direktoru, Nizami Piriyevin oğlu Nəsib Piriyev bildirib: “Biz artıq beynəlxalq investorlarla Bakıda yerləşən metanol zavodunun refinansə edilməsi üçün danışıqları yekunlaşdırmışıq. Londonda qiymətli kağızların buraxılması yolu ilə əldə edilən məbləğ biznesin davamlı inkişafına və Azərbaycan Beynəlxalq Bankı qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək”.

Nəsib Piriyev bəyan edib ki, Beynəlxalq Bankın kredit dəstəyi onların biznesinin uğuru üçün həlledici əhəmiyyət kəsb edib, bu kredit layihənin erkən mərhələsində şirkətin kapitala çıxışına imkan yaradıb.

“İndi isə “AzMeCo” gəlirli biznesə çevrildiyi üçün fərdi investorlar tərəfindən də maliyyələşdirilə bilər, Beynəlxalq Bankın vəsaiti isə ölkənin iqtisadi artımını təmin etmək üçün Azərbaycanda başqa layihələrə sərf olunar” - deyə Nəsib Piriyev bildirib.

BP nümayəndəsi isə “AzMeCo”nun etibarlı tərəfdaş olduğunu, şirkətin ötən bir il ərzində davamlı istehsal həyata keçirdiyini bildirib.

“Biz “AzMeCo” ilə tərəfdaşlığımıza 20 ildən artıqdır işlədiyimiz Azərbaycanda ümumi öhdəliklərimizin tərkib hissəsi kimi baxırıq. Ölkənin mineral ehtiyatlarının işlənməsində uzunmüddətli partnyorlarımızı qiymətləndiririk və etibar edirik” - deyə adı açıqlanmayan BP nümayəndəsi bildirib.

Beləliklə, ata Piriyevin Bakıda Kürdəxanı təcridxanasında “məskunlaşmasından” sonra Londonda olan oğul Piriyev onu xilas etmək, yəni Beynəlxalq Bankdan götürülmüş 300 milyon dollar krediti geri ödəmək üçün 1 milyard dollar borc alır.

Lakin hazırda zavodun fəaliyyətini dayandırdığı, SOCAR-ın xammal kimi istifadə olunan təbii qazı kəsdiyi (Piriyev qazı ucuz almaq istədiyinə görə zavodun xammalı kəsilib) bir vaxtda hansı investorun bu qədər riksə gedib piriyevlərin zavoduna 1 milyard dollar yatıracağı şübhə doğurur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.