Bakıda orta tutumlu avtobuslar şəhərin mərkəzi hissəsindən tamamilə yığışdırılır. “Bakı Sərnişindaşınma” MMC-dən verilən məlumata görə, orta tutumlu sərnişin avtobusları mərkəzi küçələrdə və metrostansiyalara yaxın ərazilərdə dayanmayacaq. Artıq dünən günorta saatlarından başlayaraq “İsuzu” markalı orta tutumlu sərnişin avtobusları “20 yanvar” metrosu yaxınlığına buraxılmırlar. Yalnız 2 qapılı iritutumlu avtobuslar mərkəzi küçlərdə hərəkət edəcək. Orta tutumlu avtobuslar yalnız kənar küçələrdə işçləyəcək. “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq Prospekti” metroları yaxınlığında orta tutumlu avtobuslar xidmət göstərəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.