Son bir ayda ölkə iqtisadiyyatında çalışan muzdlu işçilərin sayı azalıb.
Cia.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin sayı 1 milyon 507 min nəfər olub. Onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Halbuki 2015-ci ilin fevral ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514 min nəfər olub. Onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Göründüyü kimi, bu ilin bir ayı ərzində 7 min nəfər iş yerlərini itirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə muzdla çalışanların sayı 3 min nəfər azalıb. Belə ki, keçən ilin birinci rübündə iqtisadiyyatda çalışan işçilərin sayı 1 milyon 510 min nəfər təşkil edirdi.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.