Bakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu və Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov iştirak edib.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan böyük iyirmilik tədbirində Türkiyə üçün təbii seçimdir: “Türkiyə tərəfindən “G-20” tədbirinə dəvət olunmuş Azərbaycan region üçün önəmli dövlətdir. Azərbaycan regiondakı təcrübəsini bu önəmli toplantıda paylaşacaq”.
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev isə Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi fonunda ölkə iqtisadiyyatında neftdən asıllığın azaldılması üzrə tədbirlər görülür: “Ölkə iqtisadiyyatının gələcək inkişafında qeyri-neft sektorunun payı daha da artacaq. İnanırıq ki, Antalyada liderlərin zirvə toplantısına Türkiyə ən yaxşı şəkildə ev sahibliyi edəcək. Güman edirik ki, “G-20” tədbirlərində mühüm qərarlar qəbul ediləcək”, - deyə R.Vəliyev vurğulayıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.