banner
banner

Gündəm

Ramil Usubov təhlükəsizlikdən danışdı

Ramil Usubov təhlükəsizlikdən danışdı

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellini qəbul edib.
Qonağı səmimiyyətlə salamlayan nazir Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və bu müddətdə ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdiyini bildirib. Nazir xüsusən vurğulayıb ki, BP şirkətinin ölkəmizin neft strategiyasının həyata keçirilməsində rolunu, "Əsrin müqaviləsi"nin əsas iştirakçılarından və ən böyük payçılarından biri kimi iqtisadiyyatımıza külli miqdarda sərmayə qoyub. R.Usubov şirkətin müəssisələrində yüzlərlə həmvətənimizin işləməsini məmnunluqla xatırladıb, tutduğu məsul vəzifədə ona uğurlar arzulayıb.

Şəxsi heyətin peşəkarlığının daha da artırılmasınıdanı, müasir informasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat-xidməti fəaliyyətdə tətbiqindən danışan cənab Ramil Usubov vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görüldüyünü bildirib. Nazir, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə Sisteminin yaradıldığını, bu yöndə Birləşmiş Krallığın təcrübəsinin öyrənildiyini xüsusi qeyd edib.

Ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladan nazir bu məqsədlə asayişi mühafizə tədbirlərinə daxili işlər orqanlarının 24 mindən çox əməkdaşının cəlb olunduğunu nəzərə çatdırıb. Sözügedən Oyunların da əvvəlki beynəlxalq tədbirlər kimi, yüksək təhlükəsizlik, əmin-amanlıq şəraitində keçiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Qordon Birrelli ölkəmizə birinci dəfə müstəqilliyin ilk illərində səfər etdiyini, daha sonra ümummilli lider Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladıb. O, regiona növbəti gəlişində respublikamızın, onun paytaxtı Bakının sürətli inkişafının, sabitliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasının, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinin şahidi olduğunu, BP şirkətinin Daxili İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığının daha da dərinləşməsinə hər zaman önəm verdiyini qeyd edib.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.