Azərbaycanda keçiriləcək bu möhtəşəm oyunları izləmək üçün 1500-dən çox jurnalist akkreditasiyadan keçib. Avropa Oyunları Əməliyyat Komitəsində Fəaliyyət Göstərən Media Əməliyyatları Komitəsinin rəhbəri əcnəbi jurnalistlər üçün rəsmi Bakının atdığı daha bir addımı açıqlayıb. Azərbaycanın yüksək səviyyədə hazırlıqlar apardığı mötəbər idman yarışına artıq 29 gün qalıb. Bu müddətdə oyunların bir parçasına çevrilən media əhlinin də məsuliyyəti artır.
Yerli və əcnəbi kütləvi informasiya vasitələrinin nümayəndələri isə akkreditasiya vərəqlərini əldə etməyə tələsirlər. Bu işlə birbaşa məşğul olan “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsində Fəaliyyət Göstərən Media Əməliyyatları Komitəsinin rəhbəri bu gün jurnalistlərə açıqlama verib ki, əcnəbi media nümayəndcələrinin ölkəmizə gəlmələri üçün vizaya ehtiyacları yoxdur:
“Əcnəbilər üçün vizanı akkreditasiya kartları əvəz edəcək. Əcnəbi media nümayəndələrinin müraciətləri təsdiqləndikdən sonra mən onlara hüquqi qüvvəyə malik olan kod göndərirəm ki, bu kodla onlar rahat şəkildə ölkəyə daxil ola bilsinlər”, - deyə Media Əməliyyatları Komitəsinin rəhbəri Ceyn Pirs bildirib.
Bu arada Media Əməliyyatları Komitəsinin əməkdaşları gərgin iş rejiminə keçiblər. Çünki bir neçə gündən sonra yerli kütləvi informasiya vasitələri nümayəndələri də akkreditasiya vərəqlərini əldə etməlidirlər. Bununla yanaşı onlar həm də əcnəbi jurnalistlərin və fotomüxbirlərin müraciətlərinin təsdiqlənməsi işləri ilə məşğuldurlar.
Media Əməliyyatları Komitəsinin əməkdaşları yerli və əcnəbi mütəxəssislərdən ibarət bir komandadır.
Komanda işi demişkən elə “Bakı 2015”in maskopları Nar və Ceyran, həm də oyunların loqosunun da ideya müəllifi tək bir nəfər deyil. Komitənin Brend meneceri deyir ki, oyunların Azərbaycana məxsusluğunu nümayiş etdirmək üçün biz ölkənizin mədəni irsinə aid naxışlardan istifadə etdik.
“Nar, ceyran, buta, şəbəkə, xalça. Bunlar hamısı Azərbaycan mədəniyyətinə, irsinə, tarixinə və təbiətinə xas olan rəmzlərdir. Biz yerli və əcnəbi mütəxəssislərlə kamanda şəklində bunları ərsəyə gətirmişik”, – deyə Brend meneceri Tom Kempmən bildirib.
Yeri gəlmişkən “Bakı 2015” loqosunu artıq Azərbaycanın hər yerində görmək mümkündür.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.