banner
banner

Gündəm

Dünyada hər 9 milyarderdən biri... - Araşdırma

Dünyada hər 9 milyarderdən biri... -

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri "Forbes"in milyarderlər siyahısına daxil edilmiş 2072 nəfərin siyasi həyatda iştirakını təhlil ediblər.

Cia.az xəbər verir ki, nəticələr "Perspectives on Politics" jurnalında dərc olunub.

Onlar müəyyən ediblər ki, bu insanların siyasi ambisiyaları, müxtəlif seçkilərdə möhkəm qələbələri var və ideoloji cəhətdən sağçılara meyllidirlər.

Tədqiqatçılar dunyada siyasətə girmək istəyən milyarderlərin ümumi sayını 11,7 faiz (2072-dən 242 nəfər), yəni hər doqquz nəfərdən birini müəyyən edib.

Belə adamların bütün siyasi təşkilatlarda iştirakını nəzərə alsaq, rəqəm daha da yüksək olacaq.

"Naked Science"in məlumatına görə, avtokratiyalarda milyarderlərin siyasi həyatda iştirak səviyyəsi orta hesabla təxminən 29, demokratik cəmiyyətlərdə isə 5 faizə yaxındır. Eyni zamanda, çinli milyarderlərin siyasətdəki payı 36 faiz (dünyada ən yüksək göstərici), ABŞ-da isə 3,7 faiz təşkil edir.

Tədqiqatçıların fikrincə, zəngin insanların siyasi həyata marağı müəyyən bir ölkədəki rejimin növündən asılıdır. Məsələn, avtokratiyalarda milyarderlər arasında siyasətə bu cür münasibət hakim rejimə sədaqət nümayiş etdirmə üsulu ilə əlaqələndirilə bilər. Zəngin insanlar sərvətlərini itirmək riskini minimuma endirmək üçün hakimiyyətə sədaqət nümayiş etdirir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.