banner
banner

Dünya

Rusiyada prezident seçkilərinin vaxtı açıqlanacaq

Rusiyada prezident seçkilərinin vaxtı açıqlanacaq

Dekabrın 13-də Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini açıqlaya bilər.

Cia.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin prezident seçkilərində iştirakla bağlı hələ qərar verməyib.

Putinin mətbuat katibi əmin edib ki, vəziyyətlə bağlı məlumat ortaya çıxan kimi jurnalistlərə bu barədə informasiya veriləcək. Putin isə yeni müddətə namizəd olub-olmayacağına dair qərarını 2023-cü ilin sonundan tez verməyəcəyinə elan etmişdi. O da vurğulanıb ki, prezident seçkilərində ölkənin hazırkı lideri ilə heç kim rəqabət apara bilməyəcək.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.