banner
banner

Sosİal

AMEA-da struktur dəyişikliyi

AMEA-da struktur dəyişikliyi

Azərbaycan Milli Elmlər Akademiyasında növbəti struktur dəyişikliyi baş verəcək. Lent.az-ın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademiyanın Humanitar və İctimai Elmlər Bölməsi iki yerə ayrılmalıdır: “çünki bu bölmənin nəzdində 18 institut fəaliyyət göstərir. Sanki bu bölmə bir akademiyadır. Ona görə təklif edirəm ki, adıçəkilən bölmə iki yerə (humanitar və ictimai elmlər bölmələri) ayrılsın”.

Qeyd edək ki, AMEA-nın nəzdində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Humanitar və İctimai Elmlər Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi və Aqrar Elmlər Bölməsi fəaliyyət göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.