Daxili İşlər Nazirliyi son vaxtlar daha da yayılan kiberdələduzluq faktları ilə bağlı əhaliyə müraciət edib.
Cia.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bank kartları istifadəçilərinin kartlarını tanımadıqları şəxslərə göndərməsi təhlükəlidir:
“Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəm” desə, göndərməyin. Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” desə, göndərməyin. Kimsə sizə “kampaniya var, ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” desə, etməyin. Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” desə, qoşulmayın. Hamısı yalandır.
Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatlandırmalıyıq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.