banner
banner

Gündəm

İlqar Məmmədov karserə salınıb

İlqar Məmmədov karserə salınıb

REAL Hərəkatının sədri İlqar Məmmədov dünən 7 sutkalıq karserə salınıb. 

Bu haqda REAL Hərəkatının icra katibi Natiq Cəfərli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, REAL Hərəkatının sədri İlqar Məmmədov dünən axşam saatlarında səbəbini izah etmədən 7 sutkalıq cərimə kamerasına, karserə salınıb: 

“Bu gün səhər İlqar bəyin vəkili Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinə getsə də, qeyri-qanuni olaraq İlqar Məmmədovla görüşünə icazə verilməyib, karserə salınma səbəbi də izah edilməyib. REAL Hərəkatı olaraq Ombudsman Aparatından və Qırmızı Xaç Komitəsindən rica edirik ki, dərhal İlqar Məmmədovun durumu ilə maraqlanaraq, ictimayyətə məlumat versinlər. Dünəndən bəri İlqar bəydən, onun sağlamlıq durumundan heç bir məlumat ala bilmirik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.