banner
banner

Gündəm

Parlamentdə Elgizdən danışıldı

Parlamentdə Elgizdən danışıldı

Bu gün Milli Məclisin plenar iclasında “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O bildirib ki, bu qanun Azərbaycan Respublikasının Konsitutsiyanın 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. 

Vətəndaşların qəbul edilməsi qaydalarına əsasən, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidir.

Bununla yanaşı, vətəndaşlar canlı yayım vasitəsi ilə də şifahi yolla subyektlərə müraciət edə bilərlər. Həmin subyektin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququna malikdir.

“Vətəndaşların müraciətləri haqqında" qanun layihəsində pozuntu hallarına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Milki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, burada boşluqlar var. Onun sözlərinə görə qanunun adı “Müraciətlərə baxılması haqqında” olması daha məqsədəuyğundur.

Deputatın fikrincə, qanun layihəsində müraciətlərin ana dilində ünvanlanması ilə bağlı tələb də düzgün deyil. “Çünki ölkədə başqa ölkə vətəndaşları da var və onlar bizim dili bilmirlər. Bu baxından məsələnin diqqətə alınması gərəkdir”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, sözügedən qanun layihəsində müraciətləri oxunaqlı dildə yazılması tələb edilməsi başa düşülən deyil:

“Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də sabah hansısa məmur qanunun maddəsini əsasa gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb. Bundan başqa bəzi televiziya verilişlərində müraciətlər səslənir. Kimlərsə, kimisə evləndirir, kimisə axtarırlar və sair. Bu onların səlahiyyətinə daxil olan məsələ deyil”.

Deputat Aqil Abbas qeyd edib ki, insanlar nicatı televizyadan yox, hüquq-mühafizə orqanlarından tapmalıdırlar: “Vəkillər, hüquqşünaslar insanları maarifləndirməlidir ki, insanlaröz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər. Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər verilməlidir”.

Əli Hüseynli vurğulayıb ki, müraciətlər Azərbaycan dilində olmalıdır və bunun dəyişilməsi gözlənilmir. O, deputatların təkliflərini dinlədikdən sonra bildirib ki, bu qanun layihəsi Azərbaycan vətəndaşları üçündür: “Amma xarici vətəndaşlar da bundan yararlana bilərlər”.

Qanun layihəsi müzakirə edildikdən sonra ikinci oxunuşda səsverməyə qoyulub və qəbul edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.