Qarağat bədəndəki toksinləri atır, banan iştahanı kəsir, avokado gün boyu aldığınız kalorilərin artıq çəkiyə dönməsini əngəlləyir və tərkibində çəki atmağa yardım edən testosteron var. Banan da içindəki liflə toxluq hissi verir və iştahanı kəsir. Arıqlamanıza kömək edən 13 meyvə təqdim edirik.
Portağal: Yeyilən yağları özünə çəkərək bədəninizə artıq yağların alınmasını əngəlləyir.
Qan şəkərini nizamlayır və xolesterolu aşağı salır. Yağların yanmasına kömək edən karnitin maddəsinin sintezinə dəstək olur.
Şaftalı: Az kalorili pəhrizlərin ən sevimli meyvəsidir. Yaxşı bir antioksidandır və toksinlərin atılmasına kömək edir.
Qarağat: Antioksidanla zəngin meyvədir. Bədəndə kiloya səbəb olan toksinlərin atılmasına kömək edir.
Alma: Liflə zəngin olan alma maddələr mübadiləsinin çalışmasına kömək edir. Və tox tutaraq acma müddətini uzadır.
Avokado: Gün boyu aldığınız kalorilərin kiloya dönməsini əngəlləyir və kilo verməyə kömək edən testosteron tərkiblidir. Maddələr mübadiləsini də çalışdırır. Kişi və qadın üçün də eyni arıqladıcı təsiri var.
Armud: Bağırsaqları çox çalışdıran qidalardan biridir. Liflə zəngin olduğundan toxluq hissi verir. Qabıqları liflə daha zəngindir.
Yüksək miqdarda antioksidan tərkibi olan pomidor C vitamini və likopen qaynağıdır. Bədənə daxil olan qidaların enerjiyə çevrilməsində mühüm rol oynayan karnitin səviyyəsini yüksəldir. Yağ yanmasını sürətləndirir.
Qreypfrut: Az kalorili qreypfrut da toxluq hiss etdirən meyvələrdən biridir. Zəngin lif qaynağı olub maddələr mübadiləsini sürətləndirir. Yeməklərdən əvvəl yeyilən qreypfrut iştaha nəzarətinə yardım edir. Acmanı gecikdirir. Maddələr mübadiləsinin sürətini 30% nisbətində sürətləndirir.
Yemiş: Yemiş qəbzliyə və babasilə faydalıdır. Yemiş çəyirdəyi bədəndə toplanan toksinləri atır. Uzun müddət toxluq yaradır.
Quru meyvələr: Pəhriz boyunca quru meyvə yemək də effektlidir. Xüsusən də qəlyanaltılarda. Yağ yanmasını sürətləndirir. Xolesterolu aşağı salır və sağlam arıqlamağa kömək edir.
Detoks üçün mükəmməl seçim olan limon hüceyrələrdə toplanan yağın bədəndən atılmasına yardım edir. Bədənin su tutmasını əngəlləyir. Sabahlar ilıq suya sıxıb içəcəyiniz limon suyu yağ yanmasını sürətləndirəcək.
Bananın içindəki liflər insanda xoşbəxtlik hormonunun ifrazına müsbət təsir edir, canınız sıxılanda nə gəldi yeməkdənsə banan yeyin. Səhərlər yediyiniz banan immunitet sistemi və bel ətrafı üçün daha faydalıdır. İştahanı azaltmağa da kömək edir.
Qovunağacı meyvəsi: Antioksidan funksiyası yerinə yetirən likopen maddə tərkiblidir. Həzmsizlik problemini həll edir. Həzm olunması da rahatdır.
Cia.az


