banner
banner

Gündəm

İlham Əliyevin seçkidəki rəqibi ondan VƏZİFƏ İSTƏDİ - AÇIQLAMA

İlham Əliyevin seçkidəki rəqibi ondan VƏZİFƏ İSTƏDİ - AÇIQLAMA

Ötən gün keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub. Əvvəlcədən proqnozlaşdırıldığı kimi sürpriz baş vermədi. İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq, növbəti dəfə Azərbaycan prezidenti seçildi.

Hazırda onun rəqiblərinin siyasi taleyi ilə bağlı məsələ ciddi müzakirə mövzusudur. 7 fevral seçkilərində İlham Əliyevə rəqib olmuş şəxslərə etimad göstərilə, onlara hər hansı formada əməkdaşlıq təklif edilə bilərmi?

Cia.az xəbər verir ki, bu barədə Yenisabah.az-a danışan Fuad Əliyev ona hansısa vəzifə təklif olunsa dəyərləndirəcəyini bildirib:

“Adətən, seçilmiş prezident yeni hökuməti formalaşdıran zaman seçkilərdə iştirak etmiş namizədlərə vəzifələr təklif edir. Dünya təcrübəsində bu cür addımlara tez-tez rast gəlirik. Azərbaycanda bu gün hakim partiya Yeni Azərbaycan Partiyasıdır və demək olar ki, Nazirlər Kabinetini və digər hakimiyyət strukturlarını bu partiya formalaşdırır. Bununla bağlı bizə hansısa təklif olunsa sözsüz ki, dəyərləndirəcəyik, amma hansı sahəyə aid olması təklifdən asılıdır. Şəxsən Müstəqil Həmkarlar Birliyi olaraq, sosial sahələrlə bağlı yeniliklər təklif etməyi düşünürük. Əgər məndən soruşsalar ki, özünüzü hansı sahələrdə görürsünüz, təhsil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərib, xalqımıza layiqli töhfə verə bilərik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.