banner
banner

Gündəm

Bakıda 4 milyona satılan məşhur obyekt kimindir? - FOTOLAR

Bakıda 4 milyona satılan məşhur obyekt kimindir? - FOTOLAR

Bakıda uşaq bağçası 4 milyon manata satışa çıxarılıb.

Cia.az xəbər verir ki, ölkə.az-ın məlumatına görə, sözügedən obyekt Xətai rayonu, "Həzi Aslanov" metrosu və Gənclik Parkı yaxınlığında yerləşir.

Məlumata görə, ümumi sahəsi 1500 kvadratmetr və qarşısında həyətyanı sahəsi olan bağça uzunmüddətli icarədədir və işlək vəziyyətdədir.

İcarə haqqının aylıq 15 000 AZN olduğu deyilən obyekt "Story Time" adlanır.

Əldə etdiyimiz məlumata görə, bağça məhdud məsuliyyətli cəmiyyət kimi 2017-ci ilin oktyabr ayında qeydiyyatdan keçib və qanuni təmsilçisi Sahibə Məmmədzadədir. 

"Story Time" haqda televiziya verilişlərindən birində süjet də hazırlanıb.

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.