banner
banner

Dünya

Navalnı öldü, məni xilas edin - Saakaşvili

Navalnı öldü, məni xilas edin - Saakaşvili

Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun qaçılmaz təhlükəsi uzun müddətdir var idi. Cia.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili rusiyalı müxalif lider Aleksey Navalnının ötən gün 47 yaşında cəzaçəkmə müəssisəsində qəfil ölümü ilə bağlı qeyd edib.

Saalaşvili bildirib ki, əvvəllər Navalnı ilə arasında fikir ayrılıqları olub:

“Lakin mən onun cəsarətinə və böyük istedadına heyran olmuşam və Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi zaman onun mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram.

Məni də xilas etməyə çalışın. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə də mən Putinin ölüm siyahısında növbətiyəm”.

axar.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.