banner
banner

Gündəm

Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? – FOTO

Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? – FOTO

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev yaxın zamanlarda işdən çıxarıla bilər. 

Cia.az xəbər verir ki, bu barədə qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir. Məlumata görə oliqarx məmurlardan sayılan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayevin işdən çıxarılmasına səbəb özünü hazırkı vəzifədə doğrulda bilməməsidir. İcra başçısının hədəfə gəlməsinin digər səbəbi isə Nərimanov rayon İcra Hakimiyyətindən Prezident Administrasiyasına ünvanlanan şikayətlərin çoxalmasıdır.

Bir çox yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olduğunu deyən E.Həbibullayevin milyonluq mülklərə sahib olduğu deyilir. Belə ki, Bakıda məşhur biznes şəbəkələrindən biri olan “Panda Kids”-in Nərimanov rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğu qeyd edilir.

 

E.Həbibullayevin bulvarın kənarında olan məzilinin qiymətinin isə 2 milyon manatdan çox olduğu vurğulanır.

 

Qeyd edək ki, Elgün Həbibullayev 2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri, 2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi, sonra aparat rəhbəri, 2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini,
20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb.

E.Həbibullayev 18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Nərimanov rayon icra hakimiyyəti yazıya mövqe bildirmədi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.