banner
banner

Sağlamlıq

Tomat şirəsinin qan damarlarına İNANILMAZ TƏSİRİ

Tomat şirəsinin qan damarlarına

Tomat şirəsi ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Bu barədə Rusiya Dövlət Təhsil Universitetinin “Təbiət elmləri” fakültəsinin dekanı vəzifəsini icra edən İrina Lyalina danışıb.

Pomidora qırmızı rəng verən təbii boya olan likopendir. Bu maddə antioksidant xüsusiyyətlərə malikdir. Bunun sayəsində tomat suyu ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır: qan damarlarının elastikliyini artırır və qan laxtalanma riskini azaldır.

“Ən çox likopen artıq yetişmiş pomidordadır, əsasən də qabıq hissəsində. Tomat şirəsi hazırlayarkən (məsələn, qaynama və ya sterilizasiya) vitaminlərin bir hissəsi məhv olur, lakin likopenin miqdarı, əksinə, hər hansı bir istilik emalı ilə artır. Ən çox likopen günəşdə qurudulmuş pomidorda olur”, - bioloq qeyd edib.

Bundan əlavə, tomat şirəsi ödqovucu və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Onu gündə iki stəkana qədər içmək olar, lakin duz, şəkər və konservantlar olmayan içkiləri seçmək daha məsləhətlidir.

Mənbə: iz.ru



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.