"Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində dəyişiklikdən sonra "Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz kimi klubumuz sosial layihə kimi bu bankdan maliyyələşirdi". Bunu açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun mətbuat xidmətinin Rüstəm Allahverdiyev deyib. O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra klubumuza vəsait ayrılmadı. Sponsorların demək olar ki, hamısı pul ödənişi etməkdən imtina edib: "Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun çərçivəsində xərclənib. Sadəcə olaraq kluba maliyyə ödənişi kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət qərar qəbul ediləcək. Bizə deyilib ki, "Simurq"un talehi müsbət mənada həll olunacaq", - deyə Rüstəm Allahverdiyev söyləyib.
Qeyd edək ki, mətbuatda "Simurq" klubunun dağılacağı ilə bağlı məlumatlar yayılıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.