Vyanada “Eurovision 2015”lə bağlı keçirilən mətbuat konfransında Azərbaycanı təmsil edən jurnalist hər kəsi təəccübləndirib. Hadisə Ermənistanı təmsil edən “Genealogy” qrupunun keçirdiyi mətbuat konfransında baş verib. Özünü tam təqdim etməyən, yalnız “Azərbaycandan Rəşad” kimi təqdim edən jurnalist ermənicə “barev, Hayastan”, yəni “salam, Ermənistan” deyib. Jurnalist daha sonra qrupun üzvü İnqa Arşakyana üz tutub və ikinci dəfə “Eurovision”a qatılmaqda özünü necə hiss etdiyini soruşub. İnqa da qayıdıb ki, bəs, 2009-cu ildə bacısı Anuşla çıxış edəndə həyəcanlı imiş, amma indi qrup üzvü kimi qorxmur. “Genealogy”nun 6 üzvündən yalnız İnqa Ermənistanda yaşayır, qalan dörd üzvü erməni olsa da müxtəlif qitələrdə yaşayırlar. Meri Cin O'Doerti isə ümumiyətlə avstraliyalıdır.
Məsələ, bunda deyil. Məsələ ondadır ki, Ermənistan Bakıda 2012-ci ildə “Eurovision” mahnı yarışmasına qatılmadı, bunun üçün cərimə ödəsə belə, bizim tədbiri tanımadığını bildirdi. Amma hansısa “Rəşad from Azərbaycan” ermənicə “barev, Hayastan” deyərək, erməni komandasına xal qazandırır. Görəsən, “Rəşad from Azərbaycan”ı bu tədbirə göndərən təşkilatçılar niyə ona bu gerçəyi anlatmayıblar?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.