Cia.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!" Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb. Saakaşvili Gürcüstan sakinlərini yeni qanunun qəbul edilməsinə etiraz etməyə çağırıb. Onun fikrincə, bu yolla Gürcüstanın Avropadakı gələcəyini, azadlığını və müstəqilliyini müdafiə etmək olar.
Mayın 1-dən etibarən bütün avtomobillərdə katalizatorların yoxlanacağı, katalizatoru yerində olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb.
"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib İdris Abbasov
Naxçıvan Muxtar Respublikası (MR) Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Səfər Əhmədov işdən çıxaırlması ilə bağlı məhkəməyə müraciət edib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “NP Petrol” MMC (VÖEN - 0200341361) ilə satınalma müqaviləsi imzalayıb.
Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər.
Hurriyyet.az xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar.
Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb.
yeniavaz.com
Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.
Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.
Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.
Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.
"Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər", - məlumatda vurğulanıb.
Musavat.com