banner
banner

Sağlamlıq

Gecələr AC qalmağın inanılmaz faydaları

Gecələr AC qalmağın inanılmaz faydaları

“Gec saatlarda yemək yeyirsinizsə, bu vərdişdən ən qısa zamanda əl çəkin”.

Bunu fitoterapiya və qidalanma mütəxəssisi Buket Ertaş Sefer deyib.

O, gecələr acqarına yatmağın sağlamlıq üçün faydalarını izah edib.

“Bu gün dəyişən həyat şəraiti gecə-gündüz balansımızı pozub. Bu dəyişiklik ən çox yemək, içmək və yatmaq saatlarımıza təsir edib. İnsanlar axşam saatlarında yemək yeyirlər, gec yatanlar isə gecə yarısına qədər qəlyanaltı edirlər. Ancaq bu, çəki artımından qan şəkəri balansının pozulmasına qədər ciddi problemlərə səbəb olur”, - diyetoloq bildirib.

O qeyd edib ki, gecələr acqarına yatmağın bir çox üstünlükləri var:

“23:00-dan sonrakı saatları keyfiyyətli yuxu ilə keçirə bilən insanlar gecə aclığının səmərəliliyindən daha çox faydalana bilərlər. Bir insan saat 23:00-da yatırsa və 19:00-dan sonra heç nə yeməyibsə, bunun müsbət təsirlərini səhhətində hiss edəcək. Axşam saat 18:00-dan sonra həzm sisteminin rahatlamasını təmin etmək, qan şəkərimizi və insulin ifrazımızı azaltmaq, kofeinsiz içkilərlə keyfiyyətli yuxuya hazırlaşmaq orqanizm üçün ən yaxşı vərdişlərdəndir.

Axşam yeməyindən, yəni saat 19:00-dan sonra aclıq hiss edirsinizsə, insulini çox yüksəltməyəcək bir qidaya üstünlük verə bilərsiniz. Məsələn, xiyar, yerkökü və ya bir stəkan ayran buna misal ola bilər”.

Fitoterapiya və qidalanma mütəxəssisi böyüklər üçün tövsiyə etdiyi 14-16 saatlıq aclıq əvəzinə uşaqlarda bu müddətin 12 saat olmasını məsləhət görüb:

“Gecə yatmazdan əvvəl süd içməyin onlar üçün daha yaxşı olacağını düşünə bilərsiniz. Ancaq böyümə hormonunun xüsusilə gecələr ifraz olunduğunu xatırlamaqda fayda var. Ona görə də, həmin saatlarda həzm sisteminin çox işləməsini istəmirik. Uşaq gün ərzində kifayət qədər qidalana bilibsə, yatmazdan əvvəl nə isə yeməyinin heç bir faydası yoxdur. Gecə yemək yeməmək və acqarına yatmaq sağlamlıq üçün çox daha faydalıdır”.

B.Ertaş Sefer gecə aclığının sağlamlığa əsas faydalarını belə sıralayıb:

- Böyümə hormonunu tənzimləyir

- İmmuniteti gücləndirir

- Unutqanlığın qarşısını alır

- İnsulin müqavimətini azaldır

- Qarın piylərini əridir

- Arıqlamağı təmin edir    (Medicina.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Təzə pomidor şirəsi içməyin 10 faydası – Möcüzəyə şahid olacaqsan

Avropa və Amerikada bizdəki kimi ən çox meyvə şirələri yox, pomidor, kök və çuğundur şirəsi içilir və marketlərdə həm təzə çəkilmiş, həm paketlənmiş pomidor suyu satılır. Xüsusən radiasion işdə çalışanlar, ofis işçiləri və tələbələr hər gün 1 stəkan pomidor suyu içməlidir.

Qanda şəkəri salan meyvə

Bu meyvədə olan rezisdent nişasta və pektin qanda qlükozanı tənzimləyir və uzun müddət toxluq verir.

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanma keyfiyyəti gündəlik həyatımızda çox önəmlidir.

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.