Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
Azərbaycanlı xeyriyyəçi Hacı Nuranın Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi” filmində yaratdığı “Zülfüqar ağa” obrazı ilə tanınan Xəlil İbrahim Kalaycıoğluya “Buggatti” hədiyə etməsi müzakirəsiz ötüşmədi.
Cia.az yenisabah.az-a istinadən xatırladır ki, “Buggatti” dünyanın ən prestijli avtomobil markalarından biridir. O şəksiz dünyanın ən sürətli maşını sayılır. Hazırda Azərbaycanda “Buggatti” istifadə edənlərin sayı olduqca azdır. Ölkədə bu bahalı və sürətli maşına sahib olanlar bir əldəki barmaqların sayı qədər deyil. Bunun da çox sayda səbəbi var. Əvvəla, “Buggatti” çox bahadır, onun qiyməti 1 milyon manatdan başlayır. Digər səbəb isə odur ki, ölkəmiz bu sürətli maşını idarə edəcək yol infranstrukturuna sahib deyil.
Ortaya sual çıxır: Heç bir yerdə işləməyən, rəsmi gəliri olmayan Hacı Nuran hansı pulla türkiyəli aktyora bu qədər bahalı avtomobil hədiyyə edə bilir?
“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Hacı Nuranın yaxın çevrəsinə daxil olan şəxslərdən biri “Buggatti” məsələsinə aydınlıq gətirib. Qeyd edib ki, hacı kiməsə 1 milyon manatlıq hədiyyə verəcək maddi gücə sahib deyil. Onun sözlərinə görə, Hacı Nuranın missiyası birinin hədiyyəsini digərinə çatdırmaqdır.
Məlumatlı şəxs deyir ki, Azərbaycanda pərəstiş etdiyi sənət adamına bir milyon manatlıq hədiyyə vermək iqtidarında olan şəxslər var. Amma onlar hədəfə tuş gəlməmək üçün bu hərəkətlərini publik şəkildə icra etmirlər. Belə məqamda onların köməyinə Hacı Nuran çatır. Onlar özlərinin bahalı hədiyyələrini Hacı Nuranın vasitəsilə sahibinə çatdırırlar.
Həmsöhbətimiz ağlasığmaz iddia ilə çıxış edib. Bildirib ki, bu cür mərasimlər çox vaxt şəkil çəkdirməkdən o yana getmir:
“İnsanlar bir araya gəlib şəkil çəkdirir, sözdə hədiyyələrini təqdim edir, sonra da işlərinin arxasınca gedirlər. Adı da olur ki, filankəsə bahalı hədiyyə təqdim edildi. Filankəs həmin hədiyyəni ancaq bir dəfə - şəkil çəkdirəndə görür”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.