banner
banner

Sosİal

Yollarda hərəkət sıxlaşacaq- Diqqət!

Yollarda hərəkət sıxlaşacaq-

“Bakı-2015” bu gün nəqliyyatın ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlığını sınaqdan keçirəcək.
 Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 08:00-dan 14:00-dək davam edəcək. 

Tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayının artacağı gözlənilir. Buna səbəb iyunun 12-də start götürəcək birinci Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan keçirməkdir.

“Bakı-2015” ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsinə zəng etməklə, Nəqliyyat Nazirliyi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin internet səhifələrindən, radio, sayt və “Facebook” səhifəsi də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etmək olar.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.