banner
banner

Gündəm

Zəngin məmur övladlarına zərbə: 850 maşın saxlanıldı - FOTOLAR

Zəngin məmur övladlarına zərbə:
İranda 850 bahalı avtomobil nəzarətə götürülüb. Polis paytaxt Tehranda yol hərəkəti qaydalarını pozan zəngin məmur övladlarının maşınlarını saxlayıb.
Tehran Polis Şöbəsinin rəhbəri Teymur Hüseyni açıqlamasında 850 lüks avtomobili nəzarətə götürdüklərini bildirib:
“Ötən həftə müddətində yol polisləri qayda pozuntular səbəbiylə 850 lüks maşını cərimə meydançasına aparıblar.  Bu şəxslər təhlükəli və həddindən artıq sürətdən istifadə edərək digər sürücü və piyadalar üçün problem yaradırlar”.
“Təhlükəli maşın sürən zəngin məmur övladlarına qarşı mübarizəyə başlamışıq.  24 saat reyd apardıqdan sonra kifayət qədər qayda pozan şəxsləri saxladıq”,- deyərək Hüseyni sözlərinə əlavə edib.  
İranın dini lideri Ayətullah Əli Xameneyi  “bəzi zəngin uşaqları küçələrdə bahalı avtomobilləriylə gəzir. Bu da cəmiyyətdə psixoloji narahatlığa yol açır”,- deyə məsələyə münasibət bildirib.
Qeyd edək ki, ölkə ərazisində lüks maşınların artımı və tıxacların yaranması, eyni zamanda təhlükəli zəngin sürücülər millət vəkilləri, dövlət nümayəndələri tənqid olunur. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.