banner
banner

Gündəm

Nazirin rəis təyin etdiyi Rauf Məmmədov kimdir? - DOSYE

Nazirin rəis təyin etdiyi Rauf Məmmədov kimdir? - DOSYE

Ədliyyə Nazirliyində kadr dəyişiklikləri davam edir.

Cia.az xəbər verir ki, bakupost.az -ın əldə etdiyi məlumata görə, bu günlərdə Nazirliyin Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

Belə ki, Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Rauf Nəbiyev Penitensiar xidmətin Umbakı penitensiar kompleksinin rəisi təyin olunub. Bu təyinata qədər o, həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyib.

Qeyd edək ki, Nəbiyev Rauf Səhrab oglu 1972-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 1999-cu ildə isə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Rauf Nəbiyev 2000-ci ildən ədliyyə orqanlarında xidmət edir. O, müxtəlif tipli cəzaçəkmə müəssisələrində işləyib. 2017-ci ildən Qobustan həbsxanası və Umbakı pentensiar müəssisəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var.

Xatırladaq ki, bundan öncə Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyinat olub. Ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Elşad Məmmədli təyin edilib.

Bundan başqa, ədliyyə nazirinin digər əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin edilib.

Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası isə Ləman Hüseynzadəyə həvalə edilib.

Nazirliyin kadr idarəsinin rəisi, ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu da vəzifədən azad olunub. Xatırladaq ki, o, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinə isə Fariz Eldar oğlu Şirinov yeni rəis təyin edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.