"Dövlət qulluqçularının orta aylıq əmək haqqı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb".
Cia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əməkhaqqı 11,2 faiz yüksəlib. Statistik müqayisə göstərir ki, dövlət qulluqçularının maaşlarındakı artım ölkə üzrə orta aylıq əməkhaqqı artmından aşağı olub. Yəni Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib.
Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?
Rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb. Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub”.
Deputat qeyd edib ki, gizli məşğulluğun leqallaşdırılması da əməkhaqqı fərqlərinə təsir göstərib:
“Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əməkhaqqı fondunu artırıb. Nəticədə, ölkə üzrə nominal əməkhaqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.