banner
banner

Gündəm

Məcburən ərə verilən 14 yaşlı qızdan - dəhşətli əməl

Məcburən ərə verilən 14 yaşlı qızdan -

Türkiyənin Tokat əyalətində Fadimə Doğan adlı qız evlənməmək üçün üzünü parçalayıb.
Fadimə hələ 14 yaşında olarkən ailəsi onu yaşlı bir adama ərə vermək istəyib. Lakin o, etiraz edib, oxumaq istədiyini deyib. Ailəsi isə onu dinləməyib. Tək çarəni özünü öldürməkdə görən Fadimə tüfənglə üzünə atəş açıb. Çənəsi dağılan qızı xəstəxanaya aparıblar. 15 gün sonra evə buraxılan qıza ailəsi yenə təzyiq göstərməyə başlayıb. 

Onlar 14 yaşlı qızın başqa bir oğlana görə intihar etdiyini düşünüblər. Buna görə valideynləri onu acılayır, atası hətta döyürdü də. Bu zülmə dözə bilməyən qız 15 yaşında olarkən xalasının yanına gedib.

20-dən çox əməliyyat keçirən Fadimə öz xahişi ilə fiziki qüsurlu insanlar üçün olan mərkəzə yerləşdirilib. İndi 21 yaşı olan Fadimə Tokat əyalətinin rəsmi şəxslərinin köməyilə öz müalicəsini davam etdirir. Müayinə və müalicədən sonra isə gənc qıza üz nəqli ediləcək. 

"Məni intihara sövq edən ailəmin mənə olan təzyiqi və atamın döyməsi olub. İndiki ağlım olsaydı, heç vaxt canıma qıymazdım. Yaşamaqdan daha gözəl heç nə yoxdur. Mən indi təhsilimi bitirib iş tapmaq, öz ehtiyaclarımı ödəmək, təhsil alıb insanlara və ölkəmə faydalı olmaq istəyirəm", - deyən Fadimə Doğan yeni üzünə qovuşacağı günü səbirsizliklə gözləyir.



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.