Müğənni Afət Fərmanqızı həyat yoldaşından boşanır.
Bu haqda ifaçı özü məlumat yayıb.
O bildirib ki, buna səbəb oğlunun atası olub:
““Rəngarəng səhər” verilişində oğlumun atasının fotoları göstərildi. Proqram bitən kimi mənə zəng vurdu ki, bilirsən sevmirəm belə şeyləri. Özün etmisən. Nə qədər desəm də inanmadı. Düşündüm ki, məni hələ də tanımayıb? Rəsmi boşanmaq üçün məhkəməyə müraciət edəcəyəm. Heç istəmirəm rəsmi qalsın”. (Axşam.az)
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.