banner
banner

Dünya

Hərbi təyyarə qəzaya uğradı

Hərbi təyyarə qəzaya uğradı

Havay ştatının Oaxu adasında ABŞ hərbi dəniz qüvvələrinə aid konvertoplan sərt eniş edib. 
Bu barədə "Associated Press" məmurlara istinadən xəbər yayıb. 
Xəbərdə bildirilir ki, dəniz piyadalarından ibarət hərbi birləşmə təlim keçirən zaman Bell V-22 Osprey konvertoplanı sərt eniş edib. Bu zaman konvertoplanda 21 dəniz piyadası və hərbi dəniz qüvvələrinin bir sanitarı olub.

Məmurlar bundan əlavə məlumat verməkdən imtina etsələr də "Associated Press" ABŞ dəniz piyadaları korpusuna istinadən bildiri ki, qəza nəticəsində 12 dəniz piyadası xəstəxanaya çatdırılıb. Onlardan birinin həlak olması barədə xəbər öz təsdiqini tapıb. 

Qeyd edək ki, konvertoplan vertolyot rejimində işləyə bilən, vertikal eniş edən hərbi təyyarələrdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.