banner
banner

Sosİal

Ölkədə 29200 rəsmi - işsiz statusu alıb

Ölkədə 29200 rəsmi -
Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb
Bu il mayın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4855,6 min nəfər olub, onlardan 4618,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Cia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il aprelin 1-nə muzdla işləyənlərin sayı 1507,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 879,2 min nəfər, qeyri-dövlət bölməsində isə 627,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,7 min nəfər, qeyri-neft sektorunda isə 1471,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,7 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, onlardan 6,8%-i tikintidə, 6,5%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,4%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i  digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Bu ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,1 saat təşkil edib.
Bu il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub, onların 39,1%-i qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 248,3 manat olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.