banner
banner

Sosİal

Qanun pozuntusu azalıb

Qanun pozuntusu azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən təsirli nəzarət tədbirləri əmək qanunvericiliyinin pozulması hallarının azalması ilə müşahidə olunur. 
Nazirlikdən Cia.az-a verilən məlumata görə, bu ilin aprel ayında Xidmətin həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 1631 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz azdır. Aparılan təhlillər nəticəsində belə halların əsasən özəl sektora aid müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verdiyi müəyyən olunub. 

Əmək qanunvericiliyinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 65,9 faizi (261066 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 32,5 faiz çoxdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.