banner
banner

Gündəm

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
 

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.

Cia.az xəbər verir ki, spiker Sahibə Qafarova giriş nitqində ölkə Prezidentinin 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı Sərəncamından danışdı. Cari məsələlərə ayrılan vaxtda çıxış edən deputatlar Jalə Əliyeva, Vüqar Bayramov və digərləri başa çatmaqda olan 2024-cü ilin uğurlu olduğunu dilə gətirdilər, dövlətimizə, millətimizə gələn illərdə uğurlar arzuladılar.

Qeyd edək ki, iclasın gündəliyində 10 məsələ var. Deputatlar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı müraciəti də qəbul edəcəklər.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.