banner
banner

Gündəm

DÖVLƏT QURUMU 448,5 MİN MANATA "LEXUS" ALDI - Rəhbəri Nəbiyevdir

DÖVLƏT QURUMU 448,5 MİN MANATA "LEXUS" ALDI - Rəhbəri Nəbiyevdir

"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

Cia.az xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.

Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.

Ə.Nəbiyev bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.

“AzPolitika.info”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.