Ramiz Mehdiyevin Ramanıdakı bağından təcili MƏLUMATLAR YAYILDI — Nə baş verir?
Bu günlərə hökumətə yaxın media resurslarında Rusiya ilə gizli əlaqə quraraq, Kremlə cəsusluq edən məmurların adıları açıqlanmışdı.
Xəbərə görə, həmin siyahıda Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq mədəniyyət naziri Əbülfəz Qarayev, mərhum gənclər və idman naziri Azad Rəhimov, sabiq XİN başçısı Elmar Məmmədyarov və Rəhimovun qaynının adları qeyd edilmişdi.
Bu yazıdan sonra adları çəkilən keçmiş məmurların hamısı açıqlama yayaraq, cəsus olmadıqlarını, onlara “böhtan” atıdlğını bildirmişdilər.
Rusiyaya cəsusluq etməkdə adı çəkilən əsas şəxslərdən biri Mehdiyev idi ki, onun haqqında bu deyilənlər yeni deyil. Hələ uzun illər əvvəl də mediada sabiq PA rəhbərinin Rusiya ilə sıx və gizli əlaqədə olmasına dair xeyli iddialar səsləndirilmişdi.
Bir müddətdir Ramanı qəsəbəsindəki bağ evinə çəkilən Ramiz Mehdiyev, gözdən uzaq qalmağa çalışıb. Lakin son hadisələrdən sonra Ramanıdakı bağ evində hərəkətlilik artıb. Yaxınlıqda yaşayan sakinlərin verdiyi məlumata görə, son iki gündə sözügedən bağ evinə gələnlərin sayı bir qədər artıb.
Onlar əvvəllər belə gəliş-gedişin az olduğunu, ara-sıra müşahidə edildiyini bildiriblər. Qonşular bu intensivliyin səbəbini bilmədiklərini də vurğulayıblar.
Güman olunur ki, Rusiyaya cəsusluq məsələsi ortaya çıxdıqdan sonra Mehdiyev özünə yaxın adamları başına toplayaraq, məşvərət edib.
Bu əsnada bildirək ki, Ramiz Mehdiyevin Ramanıdakı bağ evi 32 hektar ərazidə inşa edilib. Həmin torpaq sahəsi onun, həyat yoldaşının və oğlu Timur Mehdiyevin adınadır. Ərazi kənd təsərrüfatı təyinatlı olduğundan, Mehdiyev hətta bir müddət istifadə etdiyi bağ evi üçün Kənd Təsərrüfatı Nazirliyindən subsidiya da alırmış.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.