banner
banner

Hərbİ

Böyük təlimlər başladı

Böyük təlimlər başladı

Dövlət Sərhəd Xidməti “Ağgöl” səhra təlim mərkəzində tak­­tiki təlimlərə başlayıb. 
DSX-dan Cia.az-a verilən məlumata görə, təlimlər 2015-ci ilin döyüş hazırlığı proqramına uy­ğun olaraq Azərbaycanın dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə keçirilir. 

Bildirilir ki, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olun­ma­yan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan ze­nit-raket kompleksləri vasitəsilə məhv edil­mə­si və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub. 

Təlimlərin məqsədi Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və avi­asiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qar­şılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır.

Qeyd edək ki, təlimlər mayın 21-dək davam edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.