Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iki rayonda Əmək yarmarkası keçirəcək.
Nazirlikdən Cia.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən mayın 20-də Xaçmaz rayonunda (Xaçmaz rayonu, Heydər Əliyev adına Mədəniyyət mərkəzi), mayın 21-də isə Qobustan rayonunda (Qobustan rayon Məşğuluq Mərkəzinin inzibati binası) Əmək yarmarkaları təşkil ediləcək.
Həmin rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində müəssisələrdən boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri davam etdirilir. İlkin məlumata görə, yarmarkalar zamanı Xaçmaz rayonunda 23 müəssisə üzrə 360-dan çox, Qobustan rayonunda isə 12 müəssisə üzrə 170 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim olunması nəzərdə tutulur.
Yarmarkalar zamanı peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.