banner
banner

Gündəm

Yanğında iki nəfər ölüb- Səhiyyə Nazirliyi

Yanğında iki nəfər ölüb-

Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.

Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

Binada baş verən yanğın zamanı biri azyaşlı olmaqla iki nəfər həlak olub. Cia.az xəbər verir ki, bu barədə Movqe.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı 15 yaralı qeydiyyata götürülərək dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib. Onlardan 7-si 1 saylı Klinik Tibbi Mərkəzə, digərləri isə Bakı Sağlamlıq Mərkəzinə, 5 saylı Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.