Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun 40 günlük övladı və anası xilas edilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.
İlkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
13:23:00 Binəqədi rayonunda alışan hündürmərtəbəli binada yaşayan jurnalist Sevinc Fədai və bir aylıq Ucal körpəsi barədə son məlumat əldə edilib. Jurnalist xanımın qohumu onların hələ də binanın içində qaldığını, amma sağ-salamat olduğunu bildirib. Hazırda onlar xilas edilmələrini gözləyirlər.
Nailə Qurbanova adlı xanım, "Dostlar, Sevinclə Ucal salamatdı, sadəcə içəridən hələ çıxarmaq olmur" yazaraq, sosial şəbəkədə status paylaşıb.
Qeyd edək ki, Sevinc Fədai "1937.az saytının, "Aydın yol" və "Gündəlik Teleqraf" qəzetlərində çalışıb.
Qeyd edək ki, Bakıda hündürmərtəbəli binada yanğın baş verib. Binəqədi rayonu ərazisində baş vermiş hadisə nəticəsində binanın fasadı alışıb. Hadisə yerinə çoxsayda xilasedici dəstə və texnika cəlb edilib.
Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.
Ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlmişdir. İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.