800-dən çox avtobus sürücüsünə maaş artıq plastik kartla veriləcək. Bunun üçün artıq avtobus sürücüləri ilə müqavilələr də imzalanıb. Artıq Nəqliyyat Nazirliyi bu barədə məlumat da yayıb. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyir ki, maaş "Baku Bus" şirkətinin sürücülərinə əvvəlcə veriləcək. Sonra digər avtobuslarada bu tətbiq olunacaq. Bunun üçün Dövlət Avtomobil Xidməti də xeyli işlər görüb və müəyyən sürücülərlə artıq müqavilə imzalanıb. Bu maaş kartı şəhərdaxili nəqliyyata aid edilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.