Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar son məlumatlar açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb ***15.16 Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar son məlumatlar açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin sayı 13-ə çatıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Yanğın nəticəsində 61 nəfər yaralanıb. Bunlardan 30 nəfər Toksikologiya şöbəsinə yerləşdirilib, digər xəsarət alanlar 2 nömrəli xəstəxanaya yerləşdiriliblər. ***15.04 Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar son məlumat açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ölənlərin sayı 12-yə çatıb. 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Bunlardan 24-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
Saat 14:33
Binəqədi rayonu Azadlıq 189-da yerləşən hündürmərtəbəli binada baş verən yanğında ölənlərin sayı bir qədər də artıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, yanğın zamanı ölənlərin sayı 10-a çatıb.
Yanğın nəticəsində xəsarət alanlar 43 nəfərdən 24-ü xəstəxanaya yerləşdirilib. 9 nəfər yerində ilkin tibbi yardım göstərilərək evə buxaraxılıb.
Qeyd edək ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb.
Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Məlumata görə, iki nəfər özünü yanan binadan aşağı atıb.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.