banner
banner

Gündəm

Bakıda "11 sentyabr" - dünya Bakıdakı yanğından yazır

Bakıda "11 sentyabr" -

Bu gün Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib.
Bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri və saytlar həmin faciə haqqında yazıb. Türkiyənin "Hürriyyet" saytı isə yanğını ABŞ-da baş verən 11 sentyabr hadisələri ilə müqayisə edib: "Eynilə 11 sentyabr kimi".
Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia" səhifəsi də yaradılıb.

Xatırladaq ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb.















Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.